Bósnia Herzegovina

b3a811e94b35895e36241e0bc80da7b0.jpg
Azerbaijão, Yeni Musavat, Azerbaijano/Russo
2025-01-14 05:08:23
Siyasi şərhçi: “Cənubi Qafqazda Azərbaycanla münasibətləri korlamaq Kreml rəhbərinə qətiyyən lazım deyil” “Rusiya lideri Vladimir Putin Prezident İlham Əliyevin AZAL təyyarəsinin vurulması ilə bağlı tələblərini yerinə yetirməsə, Azərbaycanı özündən uzaqlaşdırmaq riski ilə üzləşə bilər”. “Yeni Müsavat”ın məlumatına görə, bu barədə ABŞ-dakı “Eurasianet” nəşri yazıb.  Məqalədə qeyd olunur ki, Putin dilemmasının əsas mənbəyi – faciənin Rusiyanın hansısa digər guşəsində deyil, Çeçenistan üzərində baş verməsidir, hara ki, onun sözünün keçmədiyi faktiki yeganə subyektdir.  “Əgər insident Rusiyanın hər hansı başqa regionunun səmasında baş vermiş olsaydı, ikitərəfli gərginliyi azaltmaq üçün artıq addımlar atılmış olardı. Amma Putinin Çeçenistana komanda vermək imkanları məhduddur”, – deyə nəşr qeyd edib. Bildirilir ki, aviaqəzanın baş verdiyi gün Çeçenistanın hava hücumundan müdafiəsinə komandanlığı Kadırovun qardaşı oğlu, Çeçenistan Təhlükəsizlik Şurasının katibi Həmzət Kadırov həyata keçirib. Azərbaycan təyyarəsi Çeçenistan hava məkanına daxil olmazdan bir müddət əvvəl bölgə Ukraynaya məxsus pilotsuz təyyarələrin hücumuna məruz qalıb.  “Eurasianet” ardınca yazır ki, faciə günü dispetçer Ramzan...
9e9beec60388fed70ca98733a754f501.jpg
Azerbaijão, Yeni Musavat, Azerbaijano/Russo
2025-01-13 13:56:37
Türkiyədə restorana molotov kokteyli atılıb. Konyadakı restoranlardan birinə molotov kokteyli atan şəxslər saxlanılıb. Məlum olub ki, restoranda işləyən qız ona qarşı kobud davranılması barədə sevgilisinə şikayət edib. Oğlan da dostu ilə birlikdə bu addımı atıb. Cem T. adlı şəxs, sevgilisi E.T.-nin mesajında iş yerində ona pis davranıldığını bildirməsindən sonra dostu Muammer K. ilə birlikdə yanacaq doldurma məntəqəsindən benzin alaraq molotov kokteyli hazırlayıb və restoranın qarşısına atıb. Hadisədən sonra əraziyə gələn polis və yanğınsöndürmə xidməti təhlükəsizlik kameralarından şübhəliləri müəyyən edərək onların gizləndiyi evdə saxlayıb. Polisə ifadə verən Cem T. hadisəni sərxoşkən törətdiyini etiraf edib. Şübhəlilər barəsində istintaq başladılıb./Milli.Az Source link
cf84eb83da1ca98f6e9099ee5cf95900.jpg
Azerbaijão, Yeni Musavat, Azerbaijano/Russo
2025-01-13 00:22:07
İsrailin xarici işlər naziri Gideon Saar britaniyalı həmkarı Devid Lemmi ilə Qüdsdə keçirdiyi görüşdə İran, Livan, Suriya və Qəzza zolağındakı vəziyyəti müzakirə edib. “Report” xəbər verir ki, bu barədə paylaşım “X” sosial şəbəkəsində onun səhifəsində yerləşdirilib. “Biz Suriya, Livan və İran təhlükəsi də daxil olmaqla, geniş spektrli məsələləri müzakirə etdik. Mən İsrailin Qəzzadakı girovlarla bağlı saziş bağlamaq niyyətini vurğuladım”, – paylaşımda qeyd olunur. “İsrail regionda güc və sabitliyin dayağıdır və belə də qalacaq”, – Saar əlavə edib. Source link
d949c4c4bf69e160db4ee9b79b6aae59.jpg
Azerbaijão, Yeni Musavat, Azerbaijano/Russo
2025-01-12 09:01:21
“İndi sevgilər çox azdır. İnsanlar tez soyuyur. Artıq heç kim naz çəkmək, kiminsə stəkanını yumaq istəmir. Hamı tək və rahat həyat istəyir. Ona görə də ailələr dağılır”. Bu sözləri müğənni Nadir Qafarzadə “Xəbərin var?” verilişində deyib. O, ailələrin dağılmasında günahı kişilərdə gördüyünü bildirib: “Kişi də qadın da ər-arvad kimi bəzi şeyləri udmalıdırlar. İndi ola bilər ki, kişinin səsi bir az hündürdə olsun. Həmişə belə olub və yaxşı ailələrdə kişinin səsi hündürdə olmalıdır ki, bəzi insanlar yerini bilsin. Mən yaxşı kişkilərdən danışıram, bioloji olanlardan yox. Bir ailədə əsl kişi varsa, o yuva dağılmayacaq. Çünki çoxu ailədə kişi zəif olduğuna görə boşanır. Qadınlar güclü kişiləri sevirlər. Deyirlər ki, yanımdakı kişi yüngül, zəif, məndən aslı olacaqsa, nə edirəm onu?” (Axşam.az) Source link
plugins premium WordPress
Translate »